XƏBƏRLƏR

22.01.2020 09:29
Doktorantura və dissertanturaya qəbul üzrə imtahanlarda   vacib məqam -Esse mərhələsi...

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirilən xarici dil üzrə elektron sınaq imtahanında yazı bloku üzrə esseyə verilən qiymətlər elan edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, yazı bloku üzrə esseyə verilən qiymətlər Mərkəzin saytında cədvəldə yerləşdirilib.

Esse yazısı maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.

Xatırladaq ki, digər bloklar (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku) üzrə imtahanların nəticələri iştirakçılara yanvarın 18-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub.

Xarici dillər üzrə qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblərlə DİM-in saytında tanış olmaq mümkündür.

Xatırladaq ki, doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə elektron sınaq imtahanı yanvarın 18-də keçirilib.