Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 11:17:00
İmtahan vaxtı, xarici dil , qəbul proqramları ilə bağlı  ən AKTUAL suallar və cavablar

Yeni tədris ilinin başlanmasına az bir müddət qaldığından qəbul imtahanlarının vaxtı, ali məktəbə qəbul proqramları ilə  bağlı  redaksiyamıza çoxsaylı suallar ünvanlanır.

AzEdu.az abituriyentləri narahat edən həmin sualları rəsmi quruma əsaslanaraq cavablandırır.  Ən çox soruşulan sualların bir qismini təqdim edirik.

Sual: Buraxılış imtahanında səhv cavablar əlavə bal aparacaqmı?

Cavab:  Xeyr, səhv cavablar ümumi bala təsir etmir.

Sual: Bu il IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsi nə vaxt keçiriləcək?

Cavab: Birinci mərhələnin mart ayında keçirilməsi nəzərdə tutulur.

Sual: Kollec diplomu olan şəxslər həmin diplomla universitetlərə qəbul imtahanında iştirak etdikdə hər iki mərhələdə imtahan verməlidir?

Cavab:  Seçilən ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verməlidir.

Sual: Buraxılış imtahanında şagirdlər istədikləri xarici dildən imtahan verə bilər?

Cavab: Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (yəni əsas xarici dil) fənnindən imtahan verirlər. Kolleclərin müsabiqəsində iştirak etmək istəyən və IX sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən də əlavə imtahan verə bilərlər.

Sual: Əgər şagird  əsas xarici dildən 0 bal, ikinci xarici dildən isə yüksək bal toplasa , 0 bal şagirdə hər hansı bir problem yarada bilərmi?

Cavab: Xarici dil fənnindən əlavə imtahan verən abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Sual: Ötən ilin məzunu yenidən buraxılış imtahanı verərsə, istədiyi ilin nəticəsini seçə bilər?

Cavab: Bəli, bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edirlər.

Sual: Ali məktəblərə qəbul proqramları nə vaxt təqdim olunacaq?

Cavab:  Qəbul proqramları haqqında bu ay ərzində ictimaiyyətə məlumat veriləcək.

Ayşə MÜSEYİB