XƏBƏRLƏR

08.12.2019 14:32
Azərbaycan XİN Ukraynaya başsağlığı verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

AzEdu.az xəbər verir ki, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.