Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 14:18:00
İnstitut 9 qrant layihəsini həyata keçirib

AMEA Fiziologiya İnstitutunun 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.  

AzEdu.az xəbər verir ki, institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova elmi müəssisənin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 2019-cu ildə institutun əsas problemləri ətrafında 12 mövzu, 29 elmi-təqdiqat işi üzrə 55 mərhələ yerinə yetirilib. 

Professor hesabat ilində əməkdaşlar tərəfindən 127 elmi əsər, onlardan 4 monoqrafiya, 59  məqalə (34 xaricdə), 64  tezisin (52 xaricdə) çap olunduğunu, 15 məqalənin isə impakt faktorlu jurnallarda nəşr edildiyini, eyni zamanda, 9 qrant layihəsinin həyata keçirildiyini vurğulayıb.

U.Həşimova institutda “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə 8 nəfərin doktorantura, 15 nəfərin dissertantura, 1 nəfərin isə magistr hazırlığı keçdiyini bildirib.

İclasda institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, əməkdaşlarının beynəlxalq forumlarda iştirakı haqqında da məlumat verilib.

O da bildirilib ki, institut nəzdində Bakı Dövlət Universitetinin “İnsan və heyvan fiziologiyası” kafedrasının filialı fəaliyyət göstərir.  132-134 saylı Təhsil Kompleksinə biologiya üzrə hamilik edilir. Təhsil Kompleksinin institutda hazırlıq keçən şagirdlərinin təqdim etdiyi layihə “Sabahın alimləri” -VIII Respublika müsabiqəsində “Tibb və sağlamlıq” bölməsi üzrə III yerə layiq görülüb.

Sonda hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər səslənib.