Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 11:55:00
Yeni rezident olanların  ən çox soruşduqları sual – Kuratoru necə dəyişmək olar? - Cavab

Rezidenturaya qəbul imtahanının nəticələri, namizədlərin qəbul olunduqları kliniki baza və ixtisaslar artıq məlumdur. Rezident olmaq istəyən 569 namizəddən 351-i arzusuna çatıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub. Hər iki mərhələ üzrə ən yüksək göstərici isə maksimal 200 baldan 173 bal olub.

Hazırda rezident adını qazananların ən çox soruşduqları sual isə kuratoru dəyişməklə bağlıdır.

AzEdu.az xəbər verir ki, kurator rezidenti qane etməsə, onu dəyişmək mümkündür. Bunun üçün rezident ərizə ilə kliniki bazanın rəhbərliyinə müraciət etməlidir. Ərizədə kuratorun dəyişdirilməsi ilə bağlı tutarlı səbəb göstərilməlidir.

Qeyd edək ki, Kurator seçimi rezidentin öz istəyi ilə aparılır. Amma kimlərin kurator olacağına kliniki baza qərar verir. Kuratorun elmi dərəcəsi olmaya da bilər. Amma mütləq praktiki təcrübəsi 10 ildən çox olmalıdır. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

Kuratorun vəzifə maaşına hər rezident hazırlığı üçün ayda 20 manat əlavə edilir. Bu vəsait hər dövlət sifarişi ilə təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.

Sonda…

Rezident fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əksolunmalıdır. O yazılı təqdim edilir və səsləndirilməsi üçün rezidentə 15 dəqiqə vaxt verilir. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları