Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 16:45:00
Peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək

Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək.

AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib.

O bildirib ki, bununla əlaqədar hüquqi bazanın yaradılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda peşə təhsilinin səviyyəsi ilkin, texniki və yüksək texniki peşə təhsili pillələrinə bölünür.