XƏBƏRLƏR

18.08.2019 10:59
ATU-da impotentliyə qarşı unikal əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb.

 AzEdu.az-ın məlmatıa görə, Milli.az e-tibb.az-a istinadən bildirir ki, ATU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. İlk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

Əməliyyat uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov tərəfindən həyata keçirilib. Professor İ.Əhmədov deyib ki, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə və ən effektli müalicə üsuludur: "Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb".

Həkimin sözlərinə görə, penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protez çıxarıla da bilər.

Xəstənin cinsi orqanına yerləşdirilən penil protez üç hissədən - iki sintetik silindr, bir rezervuar və nasosdan ibarətdir. Bu tip əməliyyatlar Azərbaycanda ilk dəfə olaraq məhz professor İlham Əhmədov tərəfindən 2007-ci ildə həyata keçirilməyə başlayıb.

İlin gənc müəllimi-Müraciət formu