XƏBƏRLƏR

14.08.2019 11:58
Dissertasiyasında  gələcəyin böyük problemini işıqlandıran soydaşımız: “Toqoda oturan biri  Azərbaycanda...”-VİDEO   

Keçən əsrin 60-cı illərində gələcəkdə həyatımızın bir hissəsinə çevriləcək ixtira edildi – İnternet!

Gələcəyin əsas idarəçisinə çevrilən bu ixtira dayanmadan və sürətlə inkişaf etdi. Həyatımızı təsəvvür edə bilməyəcəyimiz şəkildə asanlaşdırdı, gətirdiyi rahatlığa dalıb ziyanlarını görməzdən gəldik.

İndi isə elə bir mərhələdəyik ki, hətta internetlə cinayətlər törədilir. Dövlətlər , təşkilatlar internetin tənzimləməsini müzakirə edir, amma ortaq qərara gələ bilmirlər.

Azərbaycanlı gənc doktorant Təbriz Raufoğlu da bu haqda düşünənlərdəndir. Onun  Fəlsəfə doktoru dərəcəsini almaq üçün  müdafiə etdiyi dissertasiya mövzusu "Qlobal internet idarəçiliyi müzakirələri çərçivəsində beynəlxalq hüquqda kiberməkana yönəlik yurisdiksiya problemi" olub.

Azedu.az videomüsahibəni təqdim edir.

İlin gənc müəllimi-Müraciət formu