Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 09:13:00
Azərbaycan alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, müəssisənin direktor müavini Şakir Mehdiyevin və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Sənaye əşyalarının interneti: neft-qaz kompleksində avtomatlaşdırmanın təkamülü” adlı məqalə “SOCAR Proceedings” jurnalında dərc olunub.

İnstitutdan AzEdu.az-a  bildirilib ki, müasir informasiya texnologiyalarının, o cümlədən əşyaların internetinin istifadəsi neft-qaz kompleksində istehsalın effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu sahədə həllər daim inkişaf edir və karbohidrogen ehtiyatlarının kəşfiyyatı və aşkarlanması sürətinin artırılması, neft hasilatının inkişaf etdirilməsi və insan sağlamlığı, təhlükəsizliyi və ətraf mühit üzrə risklərin azaldılması baxımından böyük üstünlüklər verir. Məqalə bu məsələlərin öyrənilməsinə və sənaye əşyalarının internetinə əsaslanan sistemin konseptual modelinin işlənməsinə həsr olunub.

Qeyd edək ki, “SOCAR Proceedings” jurnalı “Emerging Sources Citation Index” (Clarivate Analytics), “SCOPUS”, “EI’s Compendex” (Elsevier), “SCImago” (SJR), “Inspec” (IET), “Chemical Abstracts” (CAS) beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.