XƏBƏRLƏR

27.05.2019 16:38
Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər? - Cavab

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Sistemdə qeydiyyatdan keçənlər sentyabrın 15-dən ərizəni çap edərək qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

I sinfə qəbulu məktəbəhazırlıq qrupları ilə səhv salaraq ajiotaj yaşayan valideynlər də az deyil. Hazırlıq qruplarına qəbul hələ başlanmasa da, yaxın yay aylarında keçiriləcəyi nəzərdə tutulub. Bəzi valideynlər indidən övladlarına kimin dərs deyəcəyinimüəyyənləşdirmək istəyirlər.

AzEdu.az ən çox verilən sualları cavablamaqda davam edir.

Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər?

Məktəbəhazırlıq qruplarına dərs deyəcək müəllimlərin siyahısı hələ açıqlanmayıb. Amma onlar diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər arasından seçiləcəklər. Bu, növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat zamanı məktəbəhazırlıq keçmiş şagirdləırə müəyyən üstünlüklər verilir. Onların sorğusu avtomatik olaraq oxuduqları məktəb və müəllim üzrə yerləşdirilir. Sinif və ya məktəbini dəyişmək istəyənlər sistemə daxil olaraq sorğunu ləğv etməli, istədikləri məktəb və müəllimi seçə bilirlər.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu