Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 14:30:00
“TEDx konfransı tələbələrin lider kimi yetişməsinə müsbət təsir göstərəcək”- Etibar  Əliyev  

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi” olub.

“TEDxUNEC konfransı gələcəkdə tələbələrin lider kimi yetişməsinə  müsbət təsir göstərəcək”.

Bu sözləri AzEdu.az-a  təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, bildirib ki, TEDx dünyada  çox geniş yayılan nüfuzlu platformadır:

“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində möhtəşəm TEDx mühazirələrinin şahidi olduq. TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış etdilər. Ümumiyyətlə, TEDx dünyada  çox geniş yayılan nüfuzlu platformadır. TEDx konfransında Heydər Əliyevin lider kimi Azərbaycana verdiyi töhfələrin vurğulanması  beynəlxalq miqyasda da çox böyük əhəmiyyət kəsb edir”.

Etibar Əliyevin sözlərinə görə, gələcəkdə də bu cür mühazirələri davam etdirilməsi çox vacibdir:

“Ümumiyyətlə,TEDxUNEC mühazirəsi çox xoşuma  gəldi. Çünki çox yüksək səviyyədə təşkil olunmuşdu. Konfransın təşkilatçılığına görə UNEC rəhbərliyinə, xüsusilə də Ədalət Muradova öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, gələcəkdə də bu cür TEDx mühazirələri davam etməlidir. Çünki  TEDx konfransı hər bir şəxsin  azad fikrinin təcəssümü üçün gözəl platformadır. Ümumiyyətlə, konfransda iştirak edən mühazirəçilər mövzunu aça bildilər.

Onlar TEDx konfransında kifayət qədər yeni fikirlərlə Heydər Əliyevin Azərbaycana verdiyi töhfələri  əsaslandıra bildilər. Həmçinin, tələbələr də konfransda iştirak edərək bu mühazirələri dinlədilər.

Düşünürəm ki, keçirilən TEDx konfransı   gələcəkdə tələbələrin lider kimi yetişməsinə öz müsbət təsirini göstərəcək. Bu konfrans yeganə olaraq UNEC-də keçirildiyinə görə, oranın tələbələri üçün çox böyük töhfə oldu”.

Qeyd edək ki, konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiri idi.

Günel Yaşarqızı
Müəllifin digər yazıları