Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
AzEdu.az xəbər verir ki, yığıncaq Akif Əlizadənin çıxışı ilə başlayıb. O, çıxışı zamanı AMEA-da magistratura dərəcəsi üzrə təhsilinə axının artdığını bildirib:
“AMEA-nın ali təhsil müəssisələri, onların rektorları ilə yaxşı əlaqəsi var. AMEA tədris işlərinin aparılması üçün unikal avadanlığa sahibdir".
Akif Əlizadə çıxışı zamanı bir təklif də irəli sürüb:
“Palçıq vulkanları bazasında yer səthinin quruluşun öyrənmək üçün beynəlxalq elmi mərkəz yaradılmasınıngələcək planımızda yer alması pis olmazdı.
Bu cür beynəlxalq elmi mərkəzdə aparılan tədqiqatların böyük əhəmiyyəti ola bilər”.