"Türkiyənin ən köklü və seçilən ali təhsil ocaqlarından biri olan Mərmərə Universitetinin tələbəsi və məzunu olmaqdan qürur duyuram".
AzEdu.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyədə dünyanın 198 müxtəlif ölkəsindən təxminən 340 min tələbə təhsil alır.
"Qonaq tələbələrin Türkiyə iqtisadiyyatına illik töhfəsi 3 milyard dollar civarındadır", - Ərdoğan bildirib.