1988-ci ildə orta məktəbi gümüş medalla bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub;
1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib;
234 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi;
Elm və Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif müsabiqələrdə iştirak edərək fərqlənib;
15 il məktəb pedaqoji şurasının katibi olub;
25 ildir məktəbdə Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri, 3 ildir həm məktəb Kiçik Akademiyasının, həm də Xəzər rayonu KA mərkəzinin rəhbəridir;
Həm diaqnostik qiymətləndirmədə, həm də sertifikasiyada 55 bal toplayıb;
13 elmi məqalə, 3 hekayə və 100-ə yaxın şeiri mətbuatda işıq üzü görüb;
2013-cü ildə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub;
2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.