Azedu.az

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Xəbərlər

14 Aprel 2025, 11:15
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. 

AzEdu.az xəbər verir ki, yeni dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026-cı, 2026-2027-ci, 2027-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı xərcləri 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanunda edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədini daşıyır.

//president.az/az/articles/view/68563

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox