Azedu.az

RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? - Rəsmi AÇIQLAMA

Xəbərlər

11 Aprel 2025, 15:30
RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? - Rəsmi AÇIQLAMA

Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən bəzi sualların səhv olduğuna dair yayılan məlumatlara aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 23 fevral 2025-ci il tarixində keçirilmiş Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə şagirdlərə təqdim edilmiş 30 tapşırıqdan ikisində yanlışlıq aşkarlanıb, ikisində isə iki doğru cavab qeyd edilib. Bu tapşırıqların hər biri imtahanda iştirak etmiş bütün şagirdlərin lehinə hesablanıb. Həmçinin 4 tapşırıqda baş vermiş yanlışlığın yarada biləcəyi mənfi təsiri kompensasiya etmək üçün əvvəlki illərdən fərqli olaraq, 60 nəfər deyil, 90 nəfər şagirdə finalda iştirak hüququ verilib.

İmtahanda 9 sualda yanlışlığın olduğunu iddia edən şəxs həm informatika, həm də riyaziyyat fənni üzrə yarımfinal turdan finala vəsiqə qazanmayan iştirakçı şagirdlə bağlı müraciət edib. O, bununla bağlı Təhsil İnstitutunda bir neçə dəfə məsul şəxslərin qəbulunda olub və Münsiflər Heyətinin üzvləri ilə görüşüb. Onun rəsmi müraciətinə Münsiflər Heyəti tərəfindən rəsmi cavablar verilib, eləcə də, digər 5 sualla bağlı qaldırdığı iddialara qarşı elmi əsaslandırmalarla sübut edilmiş izahlar təqdim olunub. Şagirdin finalda iştirakı ilə bağlı iddiaçının çoxsaylı müraciətlərinə və digər şagirdlərə tətbiq edilməyən güzəştlərin həmin şagirdə tətbiq olunması ilə bağlı xahişlərinə müsbət cavab verilmədiyi üçün və bu qərar ona rəsmi şəkildə bildirildikdən dərhal sonra ictimaiyyətə yanlış informasiya ötürməyə başlayıb. Baş vermiş texniki xətanı mənfi cavab aldıqdan sonra ictimailəşdirməsi onun qərəzli olduğunu göstərir və təəssüf doğurur.

Respublika Fənn Olimpiadalarında 70 minə yaxın şagird iştirak edir, prosesin şəffaf və obyektiv təşkilində həssaslıq göstərilir və bu cür xətaların təkrarlanmaması üçün tədbirlər görülür.

Azərbaycan Respublikasının Təhsil İnstitutu bir daha bildirir ki, mediada 9 sualın yanlış olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox