Azedu.az

“Tarixdə bu gün” - Ümumdünya Tarixçilər Günüdür

28 Mart 2025, 09:00
“Tarixdə bu gün” - Ümumdünya Tarixçilər Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

28 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

28 mart Azərbaycan Milli Təhlükəsizlik orqanlarında çalışanların peşə bayramıdır:

 

1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Həmin ilin iyununda bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başlayıb. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olublar.

 

Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər ilin 28 mart tarixi Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. 

 

28 mart Ümumdünya Tarixçilər Günüdür:

 

Tarixçilər keçmişə nəzər salmağı bacaran insanlardır. Onların işi olmasaydı bəşəriyyət çətin ki, keçmiş haqqında bu qədər çox şey öyrənə bilərdi. Müasir tədqiqatçılar, Herodotun davamçılarının fərziyyələrində çoxlu uyğunsuzluqlar tapan peşə nümayəndələrinə iddialar irəli sürürlər. Amma nə olursa olsun, həm ənənəvi elmin tərəfdarları, həm də alternativ elm adamları 28 martı tarixçi günü kimi qeyd edirlər. 

 

Tarix elminin banisi e.ə. V əsrdə yaşamış Qalikarnaslı Herodot hesab edilir. Qədim yunan alimi yunanların farslarla müharibələrini, skiflərin və digər qədim xalqların adət-ənənələrini, yaşayış tərzini ətraflı təsvir edən ilk tarixi traktatın müəllifi kimi tanınır. Müasir mənada onun əsərlərini tədqiqat adlandırmaq olmaz.

 

28 mart 1797-ci ildə ilk paltaryuyan maşın patentləşdirilib:

 

Taxta yeşik və hərəkət edən çərçivədən ibarət bu qurğudan sonra 1851-ci ildə yenə də ABŞ-da Ceyms Kinq tərəfindən artıq fırlanan barabanı olan maşın icad edilib.

 

28 mart 1930-cu ildə Türkiyə Cümhuriyyəti hökuməti xarici ölkələrdən Türkiyədəki şəhərlər üçün türkcə adları istifadə etmələrini rəsmən tələb edib.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox