Azedu.az

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Xəbərlər

15 Mart 2025, 13:34
Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

 

AŞF-nin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Bakı Kristal Zalında 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

 

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox