Azedu.az

Tibb təhsilini bitirənlərin neçəsi işləyir?

Xəbərlər

14 Mart 2025, 12:52
Tibb təhsilini bitirənlərin neçəsi işləyir?

2024-cü ildə respublikada tibbi kadrların hazırlanması sahəsində də müvafiq tədbirlər görülüb. 2023/2024-cü tədris ilində Azərbaycan Tibb Universitetini 1150 nəfər (onlardan 376 əcnəbi), tibb kolleclərini 2711 nəfər bitirib. 2024-cü ildə rezidenturanı bitirən 300 nəfər Bakı şəhərində və regionlardakı tibb müəssisələrində işlə təmin olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Məlumata görə, 2024/2025-ci tədris ilində Azərbaycan Tibb Universitetinə əsas (baza ali) tibb təhsili, bakalavriat və magistratura səviyyələri üzrə 1099 tələbə, tibb kolleclərinə subbakalavriat səviyyəsi üzrə 3503 tələbə qəbul olunub, 1 nömrəli Bakı Tibb Kollecində orta ixtisas tibb təhsili üzrə yeni "Optometriya" ixtisasına və gözdən əlillərlə bərabər digər şəxslər üçün "Müalicə masajı” ixtisasına tələbə qəbulu aparılıb və tədrisə başlanılıb.

Bundan başqa Nazirliyin tabeliyində olan ali təhsil və elmi müəssisələrə tibb üzrə fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya 52 nəfər (5-i əyani və 47-si qiyabi) və dissertanturaya 6 nəfər, orta tibb işçisi vəzifələrinə isə 244 nəfər işə qəbul olunub.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox