Azedu.az

Dağlıq Şirvandakı məktəblərin istilik və davamiyyətlə bağlı vəziyyəti açıqlanıb

Məktəblər

Region təhsili

Dağlıq Şirvan Regional Təhsil İdarəsi

24 Fevral 2025, 11:56
Dağlıq Şirvandakı məktəblərin istilik və davamiyyətlə bağlı vəziyyəti açıqlanıb

Qış aylarında havanın kəskin soyuması dağlıq ərazilərdə yerləşən məktəblərin fəaliyyətinə birbaşa təsir göstərir. Şagirdlərin dərsə davamiyyəti və təhsil müəssisələrinin istilik təminatı bu dövrdə daha da önəmli məsələlərdən birinə çevrilir. 

AzEdu.az xəbər verir ki,“Azərbaycan müəllimi” Dağlıq Şirvan regionunda müşahidə edilən kəskin soyuq hava şəraiti ilə əlaqədar məktəblərdə vəziyyətin necə olduğunu araşdırmaq üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, hazırda bölgədə fəaliyyət göstərən ümumtəhsil məktəblərində davamiyyətlə bağlı ciddi problemlər yoxdur: “Bir neçə məktəbin kombi  sistemində yaranmış nasazlıqlar da aradan qaldırılıb”.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox