Azedu.az

Qəbul imtahanlarında uğursuz olanlar üçün hansı variantlar var?

Kolleclər

Tələbə və şagird

Universitetlər

Peşə Təhsili

5 Mart 2025, 16:59
Qəbul imtahanlarında uğursuz olanlar üçün hansı variantlar var?

"Bu gün Azərbaycanda elə bir şərait yaradılıb ki, hər bir şəxs ümumi nəticəsinə əsasən ali təhsil müəssisələrinə, kolleclərə və peşə təhsil müəssisələrinə qəbul olmaq şansı qazana bilər".

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirib.

156150

Ekspert bildirib ki, imtahanda zəif nəticə toplayan abituriyent üçün ali təhsil almaq mütləq şərt deyil:

 

"Mən aylar öncə də qeyd etmişdim ki, 150.000-ə yaxın abituriyentin universitetlərə qəbul olma şansı olacaq. Əgər 75 min plan yeri ali məktəblərə ayrılırsa, kollec, peşə təhsili və ikinci ali təhsili də nəzərə alsaq, bu il 150.000-ə yaxın gəncin təhsil alma imkanı olacaq. İmtahandan aşağı nəticə toplayan abituriyentlər üçün alternativ variantlar mövcuddur. Onlar aşağı balla kolleclərə qəbul ola, daha da zəif nəticə göstəriblərsə, attestat qiymətləri ilə peşə təhsili ala bilərlər".

 

Ramin Nurəliyev vurğulayıb ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafına xüsusi diqqət yetirilir:

 

"Peşə təhsilinə aid agentlik fəaliyyət göstərir. Dövlətin bu sahəyə qayğısı əvvəlki illərlə müqayisədə artıb. Peşə təhsilində gələcəyin ixtisaslarını müəyyənləşdirən sahələr mövcuddur. Mənim fikrimcə, zəif nəticə göstərən abituriyentlər başqa yollarla universitetə daxil olmağa çalışmaq əvəzinə peşə təhsilinə yönəlməlidirlər".

 

Ekspert bəzi gənclərin attestat qiymətləri ilə xaricdə təhsil almaq istəyərkən aldadıldıqlarını da qeyd edib:

 

"Bəzi abituriyentlər zəif nəticə topladıqlarına görə müəyyən məbləğ ödəyib xaricdə oxuduqlarını zənn edirlər. Ancaq illərdir xaricdə təhsil alıb hələ də ikinci kursda olanlar var. Minlərlə gənc var ki, xarici universitetlərdə oxumağa başlayıb, lakin təhsili yarımçıq qoyub. Gənclərin yüksək məbləğdə pul ödəyib xaricdə təhsil almağa çalışması əvəzinə, ölkədəki peşə təhsilinə yönəlməsi daha məntiqli seçim olar".

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox