Azedu.az

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Dövlət qulluğu

26 Noyabr 2024, 08:45
Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 1-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox