Azedu.az

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Dövlət İmtahan Mərkəzi (DİM)

7 Fevral 2025, 16:33
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 və 9 mart 2025-ci il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

154601

 Qeydlər:

-  Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.

-  İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları  martın 2-də imtahan verəcəklər).

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox