Azedu.az

Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

13 Mart 2019, 14:37
Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müəyyən edilmiş şərtləri yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

AzEdu.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyilib. Bildirilib ki, bu barədə daha ətraflı məlumat adı çəkilən qanunun  13-cü maddəsində (Ümumi təhsil təşkili) qeyd edilib.

Sənədin 13.28-ci bəndində göstərilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.(ONA.az)

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox