Azedu.az

Alimlər planktonun daxili həyatını göstərdi

Xəbərlər

2 Dekabr 2025, 08:52
Alimlər planktonun daxili həyatını göstərdi

Dəniz ekosistemlərinin əsas hissəsini təşkil edən planktonların daxili quruluşu ilk dəfə bu qədər detallı şəkildə görüntülənib.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Avropalı alimlər “ultrastruktur genişləndirmə mikroskopiyası” (U-ExM) adlanan yeni texnologiya vasitəsilə yüzlərlə plankton növünün daxili orqanellərini yüksək dəqiqliklə vizuallaşdırmağa nail olublar. Bu metod canlıların hüceyrələrini xüsusi kimyəvi proseslərlə 4–5 dəfə “genişləndirərək” adi mikroskoplarla belə nanomasshtablı detalların görünməsinə imkan yaradır.

Tədqiqatçılar bildirirlər ki, planktonların indiyədək müşahidə olunmayan daxili strukturlarının aşkarlanması okean ekosistemlərinin daha dərindən öyrənilməsi, həmçinin iqlim dəyişikliklərinin dəniz həyatına təsirinin araşdırılması baxımından yeni imkanlar açır.

Mütəxəssislərin sözlərinə görə, bu metod gələcəkdə təkcə okean biologiyası deyil, həm də hüceyrə mühəndisliyi, biomühafizə və ekoloji tədqiqatlarda geniş tətbiq oluna bilər.

Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?
Son xəbərlərDaha çox