YUNESKO-nun hesabatına görə 200 ölkədən olan 63 milyon azyaşlı qız məktəbə gedə bilmir. Təəssüf ki, onlar oxuma-yazma bilmir, ilkin biliklərdən belə xəbərsizdirlər.
AzEDU xarici KİV-ə istinadən xəbər verir ki, YUNESKO həmin qızlardan təxminən, yarısının orta məktəb dövründə olduğunu, 11-16 yaş arasında olan qızların isə ümumiyyətlə, heç vaxt təhsil alma şansının olmadığını bildirib. Hesabatda dünya üzrə orta məktəb yaşında olmasına baxmayaraq məktəbə gedə bilməyən oğlan uşaqlarının sayının isə 8 milyon olduğu bildirilib.
Qız və oğlan uşaqları arasında hüquqi bərabərsizliyin ən çox olduğu yerlər isə ərəb ölkələri, Afrika, cənubi və qərbi Asiya ölkələridir.
Hesabatda xüsusilə də Cənubi Sudan, Liberiya kimi ölkələrdə uşaqların təhsil mövzusunda daha çox çətinlik çəkdiyi qeyd olunub. YUNESKO-nun verdiyi statistikaya görə bu ölkələrdə 15 yaşlı qız uşaqlarının 60%-dən çoxu məktəbə getmir.
Lamiyə Süleymanlı
kitabı