Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 10:38:00
Şəhid anası oğlunun adını daşıyan internat məktəbinin şagirdlərinə sovqat payladı – VİDEOREPORTAJ

Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir qış günü” adlı yeni il şənliyi keçirilib.

AzEdu.az xəbər verir ki, şənlikdə internat məktəbi şagirdlərinin ifasında rəqslər, səhnəciklər nümayiş olunub.

Uşaqları sevindirən başqa səbəb isə adı məktəbə verilən şəhid Elmar Mirzəyevin anası Natilla Mirzəyevanın onlara gətirdiyi sovqat olub.

AzEdu.az tədbirdən videonu təqdim edir: