Azedu.az

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

AzEdu Təhsil Platforması

22 May 2025, 15:18
Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.

AzEdu.az xəbər verir ki, müraciətdə deyilir:

"Yolda təhlükəsizlik evdən başlayır. Uşaqların yollarda nəzarətsiz hərəkəti bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər.

Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq həyatlarını riskə atmaqdır.

Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.

Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin, onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.

Unutmayın: Təhlükəsizlik ailədən başlayır.

Valideynin səhlənkarlığı uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər.

İzah edin. Nümunə olun. Qoruyun". 

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox