Azedu.az

Azərbaycanlı alimlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak etdilər

8 Dekabr 2018, 14:13
Azərbaycanlı alimlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak etdilər

Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Nüvə elmləri və texnologiyaları: inkişafın müasir və yeni məsələlərinin həlli” mövzusunda konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, Dünyanın 60 ölkəsindən nazirlərin iştirak etdiyi tədbirdə ölkəmizi AR Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov, həmin mərkəzin Sterilizasiya Kompleksinin rəisi Zaur Xəlilov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov təmsil ediblər.

Konfransda 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsində nüvə elmləri, texnologiyaları və innovasiyalarının mühüm rolu, müasir vəziyyət və perspektivdəki uğurları geniş müzakirə olunub.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox