Azedu.az

Səsyazısı yayılan məktəb direktoru kimdir...

21 May 2025, 20:51
Səsyazısı yayılan məktəb direktoru kimdir...

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səsyazısı yayılıb.

Soaial şəbəkələrdə paylaşılan səsyazısında direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə bağlı araşdırma aprılır. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

AzEdu.az-ın məlumatına görə, Svetlana Hüseynova 2023-cü ildə işdən çıxarılıb və işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə direktor Afaq Əliyevanı məhkməyə verib.

Afaq Əliyeva 51 yaşındadır.

Gəncə Dövlət Pedoqoji İnstitutu, Azərbaycan Respublikası Təhsil problemləri institutunu bitirib.

O, 2022-ci ildən məktəbə rəhbərlik edir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox