Azedu.az

Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

AzEdu Təhsil Platforması

18 May 2025, 13:58
Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

Sosial şəbəkələrdə saxta səhifə adı altında müəllimlər üçün vakansiya təklif edilir, onlardan pul tələb olunur.

AzEdu.az xəbər verir ki, insanları bu şəkildə aldadaraq, onlardan 400 manat pul istənilir.

Vətəndaşlar bu pulu ödədikdən sonra isə saxta vakansiyanı təklif edənlərlə əlaqə kəsilir.

Daxili İşlər Nazirliyi (DİN) bu kimi saxta elanlara inanmamağı və vətəndaşları həmin məsələdə ehtiyatlı olmağa çağırır.

Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) videomaterialında:

Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?
Son xəbərlərDaha çox