Azedu.az

Avtomobil qəzasında azyaşlı ölüb

AzEdu Təhsil Platforması

9 May 2025, 14:23
Avtomobil qəzasında azyaşlı ölüb

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox