Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 11:25:00
Yevlaxda şagird azlığı yaşayan bu məktəblər tələbə yetişdirə bilmir - Rəsmi rəqəmlər  

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Yevlax rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

İravanlı kənd orta məktəbi üzrə 2006-2014-cü illər;

Nəmərli kənd orta məktəbi üzrə 2015-2017-ci illər;

Rüstəmli kənd orta məktəbi üzrə 2000-2008, 2014-2016-cı illər;

Hacıselli kənd orta məktəbi üzrə 2000-2002-ci illər;

Hürüuşağı kənd orta məktəbi üzrə 1995-1997, 1999-2000-ci illər;

Qaraməmmədli kənd orta məktəbi üzrə 2003-2006-cı illər;

Yuxarı Qarxun kənd orta məktəbi üzrə 1995-1996, 2001-2006-cı illər;

Malbinəsi kənd orta məktəbi üzrə 2003-2004, 2017-ci illər;

Salamabad kənd orta məktəbi üzrə 1996-1999-cu illər;

Balçılı kənd orta məktəbi üzrə 1995-2001-ci illər;

Qaramanlı kənd orta məktəbi üzrə 2000-2010-cu illər;

Nemətabad kənd orta məktəbi üzrə 1995-1998-ci illər;

10 saylı şəhər orta məktəbi  üzrə 2007-2010, 2012-2013-cu illər üzrə bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Qeyd edək ki, sözügedən orta təhsil müəssisələrindən əlavə, Yevlax rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır. Eyni zamanda,  məktəblərdə şagird azlığı da müşahidə olunur.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları