Azedu.az

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

AzEdu Təhsil Platforması

1 May 2025, 11:04
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

7256 namizəd “Yüksəliş” müsabiqəsinin əyani mərhələsində iştirak hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, ümumi biliklər imtahanının nəticələri şəxsi kabinetlərə yerləşdirilib. İmtahan nəticələri ilə bağlı hesabatla tanış olmaq üçün idarə panelindəki “Hesabatlar” bölməsinə keçid edə bilərsiniz.

Bildirilir ki, imtahanda 60 və daha yüksək bal toplamış namizədlər növbəti mərhələyə keçid hüququ qazanıblar.

Apellyasiya müraciəti üçün isə idarə panelinin “Apellyasiya” bölməsinə daxil olaraq imtahan nəticələrinin elan olunduğu saatdan 1 may saat 11:00-a qədər müraciətinizi təqdim edə bilərsiniz.

Daxil olmuş apellyasiya müraciətlərinə növbəti 3-5 iş günü ərzində baxılacaq. Apellyasiya qaydaları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: //yukselish.az/documents

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox