Azedu.az

Uşağın xəstə ayağına dua yazdılar

AzEdu Təhsil Platforması

30 Aprel 2025, 21:02
Uşağın xəstə ayağına dua yazdılar

Azərbaycanda uşağın xəstə ayağının sağalması üçün mollaya dua yazdırıblar.

 

AzEdu.az  Xəzər xəbərə istinadən xəbər verir ki, bu barədə həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşım edib.

 

Dua uşağın ayağında dəmrov olan hissəyə yazılıb.

 

“İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq” - həkim qeyd edib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox