Azedu.az

Günəşdə güclü partlayışlar olub

AzEdu Təhsil Platforması

29 Aprel 2025, 23:17
Günəşdə güclü partlayışlar olub

Aprelin 29-da Günəşdə üç güclü partlayış baş verib.

 

AzEdu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, partlayışların gücü M sinfinə aid olub. İlk partlayış Bakı vaxtı ilə saat 09 radələrində baş verib. Bundan əlavə, gün ərzində daha iki partlayış olub.

 

Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları
Son xəbərlərDaha çox