Azedu.az

2-si azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərləndi

AzEdu Təhsil Platforması

19 Aprel 2025, 17:44
2-si azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvidir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox