Azedu.az

Məktəblini maşın vurdu

AzEdu Təhsil Platforması

14 Aprel 2025, 22:26
Məktəblini maşın vurdu

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzEdu.az xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox