Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 14:49:39
AMEA-da bu elm sahələrində plagiat halları artıb, problemlər çoxdur” – Qulu Məhərrəmlinin təhsil əmmaları...  

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar:

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın budəfəki qonağı, professor, media eksperti  Qulu Məhərrəmlidən eşidək:

-Qulu müəllim, Jurnalistika fakültəsinə qəbula qabiliyyət imtahanının tətbiqi və keçid balının aşağı salınması bura həqiqətən sevənlərin gəlməsinə şərait yaratdı. Amma və lakin...

-...Təəssüf ki, keyfiyyəti yüksəldilməsinə, kadr hazırlığına ciddi kömək etmədi.

-Dilçilik sahəsindəki bəzi qaydalarda dəyişikliklər zəruridir. Amma və lakin...

-Bunun nəticəsində dilçilikdə oturuşmuş klassik qaydalara sayğısızlıq nəzərə çarpır. Bu isə dilin təməl prinsiplərini laxladır.

-Deyilənə görə, Azərbaycan Milli Elmlər Akademiyasında son illər müəyyən canlanma hiss olunur. Amma və lakin...

-Ortada heç bir nəticə yoxdur. Xüsusilə də tədqiqat və humanitar elm sahələrində plagiat halları genişlənib.

-Jurnalistika ali təhsili jurnalistin peşəkarlığı baxımından vacibdir. Amma və lakin...

-Bu, heç də həmişə özünü doğrultmur və həmin fakültəni bitirənlər başqa sahələrə üz tutmalı olurlar. Təəssüf ki, bəzi hallarda onların yerini qeyri-ixtisas sahibləri də tuturlar. Amma başqa ixtisaslardan gələnlər arasında istedadlıların olmadığını da deyə bilmərik.

-Özəl universitetlərdəki Jurnalistika fakültələrinin ləğvi müsbət qiymətləndirilə bilər. Amma və lakin...

Bu addımı heç də hamı müsbət qiymətləndirmir. Hesab edirəm ki, nəinki yığışdırmaq, hətta media bilikləri, yazı qaydalarını orta məktəbdən tətbiq etmək lazımdır. Xüsusilə də yuxarı siniflərdə. Yəni, bu effektsiz, hətta ziyanlı bir addım oldu.

-Bakı Dövlət Universiteti ən çox kadr hazırlayan ali təhsil müəssisəsidir. Amma və lakin...

İndi məzunları bir çox yerlərdə özlərinə iş tapa bilmir, ciddi problemlərlə üzləşirlər.

-Dövlət universitetləri təhsilhaqqı baxımından tələbələr üçün daha sərfəlidir. Amma və lakin...

Bu universitetlərdə təhsilin keyfiyyəti çox vaxt  lazımi səviyyədə olmur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları