Azedu.az

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

AzEdu Təhsil Platforması

9 Aprel 2025, 22:58
Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bəzi ixtisasların tədris müddətlərinin azaldılması müzakirə predmetidir".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "İctimai TV"də yayımlanan "Xəbərimiz var" proqramında qonaq olarkən deyib.

 

O bildirib ki, bu gün Azərbaycanda magistratura ikiillikdir, amma Azərbaycanda il yarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur:

 

"Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar.

 

Bu istiqamətdə çox ciddi hazırlıqlarımız var. Sadəcə bu həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var"

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox