Azedu.az

4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? - Açıqlama

AzEdu Təhsil Platforması

3 Aprel 2025, 09:31
4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? - Açıqlama

Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.

 AzEdu.az “Xəzər Xəbər”-ə istinadən  xəbər verir ki, 4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.

Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.

Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.

Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.

 

TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları
Son xəbərlərDaha çox