Azedu.az

Rusiyada miqrant uşaqları ilə bağlı qərar bu tarixdən qüvvəyə minir

AzEdu Təhsil Platforması

29 Mart 2025, 13:09
Rusiyada miqrant uşaqları ilə bağlı qərar bu tarixdən qüvvəyə minir

Artıq gələn aydan Rusiyada rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulu qadağan edilir.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, aprelin 1-dən etibarən bununla bağlı yeni qaydalar qüvvəyə minir.

Belə ki, ötən il dekabrın 11-də Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib. Sənədə görə xarici vətəndaşlar Rusiya Federasiyası ərazisində yaşayış icazələrinin olduğunu təsdiq edən sənəd əsasında təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər.

TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları
Son xəbərlərDaha çox