Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 09:19:09
İlk sınaq imtahanına qeydiyyat sabah başa çatır

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

AzEDU xəbər verir ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Sınaq imtahanına qeydiyyat 28 mart saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

DİM-dən bildirilib ki, imtahan keçiriləcək binalar Mərkəzin rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək.

Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd olunub ki, aprelin 15-də keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat  10 aprel saat 10:00-dək aparılacaq.