Azedu.az

Ölən məktəbli bir yaşında anasını itiribmiş

AzEdu Təhsil Platforması

22 Yanvar 2025, 12:20
Ölən məktəbli bir yaşında anasını itiribmiş

Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

AzEdu.az "Unikal"a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq. 
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. 

Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib. 

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. 

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox