AzEDU.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yiğitbaşının bu addımı maraqla qarşılnır və təqdir olunur.
O bildirib ki, şagirdlərlə eyni qiyafədə olması bir çox məsələlərin həllinə kömək edib:
“Şagirdlər ilk dəfə məni məktəbli formasında gördükdə çaşıb qaldılar, amma bu, xoşlarına gəldi. Məqsədim şagirdləri motivasiya etmək, həvəsləndirmək və onlarla aramızda heç bir fərqin olmadığını, bizim də onlardan biri olduğumuzu hiss etdirməkdir”.
Direktor həmçinin qeyd edib ki, bu addımı ilə məktəbli formasına münasibəti dəyişmək istəyib:
“Bura kənd məktəbidir. 180 şagirdimiz var. Hər gün dərsə səkkiz kənddən şagirdlər gəlir. Təbii ki, onların hər birinin maddi durumu eyni olmur. Bu addımı atmaqla həm də onları forma geyinməyə alışdırmaq istəyirəm”.
Lamiyə Süleymanlı
kitabı