IELTS imtahanı Britaniyaya məxsusdur və Cambridge English Language Assessment tərəfindən hazırlanıb. British Council və Australia IDP tərəfindən idarə olunur. Əvvəllər hər kəs yalnız TOEFL testini tanıyırdı. Amma sonradanAzərbaycandaTOEFL IELTS imtahanı ilə rəqabətə tab gətirə bilmədi. Bu gün demək olar ki, hər kəs IELTS imtahanını digərlərindən üstün tutur.
İELTS imtahanına hazırlaşmaq üçün düzgün metod və yararlı kitablardan istifadə etmək lazımdır.
AzEDU.az bu imtahana hazır olmaq üçün lazımı tövsiyyə və metodiki vəsaitləri təqdim edir:
-IELTS imtahanı hazırlığına tez başlamaq olmaz. Bu, hər kəsin etdiyi ən böyük səhvdir. Öncə Cambridge English üzrə B2 pilləsinə çatmaq lazımdır. Daha sonra standard IELTS balı (6.0 və ya 6.5) üçün 3 ay vaxt kifayət edəcək;
-İmtahanına getməzdən öncə mütləq sınaqlardan faydalanmaq gərəkdir. Bu, çox vacibdir. Ən azı iki dəfə sınaq imtahanlarına qatılıb zəif tərəfləri aradan qaldırmaq olar;
-Lazımı IELTS balı üçün dinləmə və danışıq mərhələsindən asanlıqla bal almaq mümkündür.Ona görə də bu iki məsələyə daha çox diqqət etmək lazımdır;
-Yazı və oxuma mərhələsinə də xüsusi diqqət etmək lazımdır. Bu iki mərhələdə toplanan bal çox vaxt digərlərindən az olur;