Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 10:29:44
İELTS imtahanı üçün lazım olan əsas kitab və gərəkli tövsiyələr

IELTS imtahanı Britaniyaya məxsusdur və Cambridge English Language Assessment tərəfindən hazırlanıb. British Council və Australia IDP tərəfindən idarə olunur. Əvvəllər hər kəs yalnız TOEFL testini tanıyırdı. Amma sonradanAzərbaycandaTOEFL IELTS imtahanı ilə rəqabətə tab gətirə bilmədi. Bu gün demək olar ki, hər kəs IELTS imtahanını digərlərindən üstün tutur.

İELTS imtahanına  hazırlaşmaq üçün düzgün metod və yararlı kitablardan istifadə etmək lazımdır. 

AzEDU.az bu imtahana hazır olmaq üçün lazımı tövsiyyə və metodiki vəsaitləri təqdim edir:

-IELTS imtahanı hazırlığına tez başlamaq olmaz. Bu, hər kəsin etdiyi ən böyük səhvdir. Öncə Cambridge English üzrə B2  pilləsinə çatmaq lazımdır. Daha sonra standard  IELTS balı (6.0 və ya 6.5) üçün 3 ay vaxt  kifayət edəcək; 

-İmtahanına getməzdən öncə mütləq sınaqlardan faydalanmaq gərəkdir. Bu, çox vacibdir. Ən azı iki dəfə sınaq imtahanlarına qatılıb zəif tərəfləri aradan qaldırmaq olar;

-Lazımı IELTS balı üçün dinləmə  və danışıq mərhələsindən asanlıqla bal almaq mümkündür.Ona görə də bu iki məsələyə daha çox diqqət etmək lazımdır;

-Yazı və oxuma mərhələsinə də xüsusi diqqət etmək lazımdır. Bu iki mərhələdə toplanan bal çox vaxt digərlərindən az olur;

-İELTS üçün lazım olan kitab və metodiki vəsaitləri doğru seçmək lazımdır. Həmin vəsaitlərdən bir neçəsini təqdim edirik: (Qeyd edək ki, kitabların adı orijinalda olduğu kimi saxlanılıb)

 

“The Official Cambridge Guide to IELTS”

-Bu, indiyədək çap edilən ən yaxşı rəsmi kitabdır. Kitab bütün bölmələri əhatə edir və IELTS hazılığı üçün ən yaxşı vasitə hesab olunur. Bütün hissələr bir-bir izah edilir və bacarıqların inkişafı üçün xüsusi tapşırıqlar verilir.Amma ingilis dilini yaxşı bilmədən bu kitaba başlamaq sizin ziyanınıza ola bilər;

 

“Cambridge IELTS 10 və 11”

-Kitabın üstünlüyü odur ki, imtahana tam hazır olduqdan sonar ondan bir növ, sınaq imtahanı kimi yararlanmaq mümkündür. Çünki kitabda bir çox önəmli praktiki bilgilər var;

 

“English Grammar in Use”

– İELTS-in yazı və oxuma mərhələsi üçün qrammatik bilgilər çox önəmlidir. Bu kitab oxuculara, imtahanlara hazırlaşanlara nəzəri yox, praktiki qrammatik bilgilərin mənimsənilməsi baxımından çox kömək edir;

 

“English Collocations in Use”

-Kitab ingilis dilində düzgün söz birləşmələrini öyrədir. Maraqlıdır ki, Azərbaycan müəllimləri bukitabı heç vaxt tövsiyə etmirlər. Amma vəsait həm danışıq, həm də yazı vərdişlərinin artmasına imkan yaradacaq;