Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 14:01:29
Rumıniya universitetinin professorları UNEC-də olublar

3-7 iyun tarixlərində Rumıniyanın Arad Aurel-Vlacue universitetinin professorları Valentina E.Balaş və Ramona Lily Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-də olublar.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Rumıniyalı professorlar səfərin ilk günündə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Şahnaz Şahbazova, Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova, Layihələrin idarə olunması şöbəsinin müdiri  Rauf  Məmmədov və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Nərmin Əlizadə ilə görüşərək, mümkün əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.

 

Sonra qonarlar UNEC Biznes məktəbində görüş keçirərək, hər iki tərəf arasında əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.

 

Səfərin son günündə xarici professorlar 24/7 kitabxanada və UNEC-in 3 saylı tədris binasındakı “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası, kitabxana, imtahan mərkəzi, müəllimlər üçün müzakirə otağı, eləcə də digər infrastrukturla tanış olublar.

 

Keçirilən görüşlərdə xarici qonaqlar UNEC ilə Arad Aurel-Vlacue Universiteti ilə birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi istiqamətində fikirlərini bölüşüblər.

 

Mübadilə proqramının sonunda qonaqlara Erasmus+ mobillik haqqında sertifikatlar təqdim edilib. 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK