Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 11:37:43
“Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə final yarışları keçirilib

İyunun 10-da Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə açılış mərasimi keçirilib. 


AzEdu.az xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman Nazirliyi, idman federasiyalarının rəsmi şəxsləri, həmçinin tanınmış idmançılar iştirak ediblər.


Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub. 


Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub. 


Cüdo üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 16 çəki dərəcəsində 2012–2014-cü il təvəllüdlü məktəbli idmançılar iştirak ediblər. 


Qeyd edək ki, “Məktəblilərin respublika çempionatı” dörd idman növü üzrə Taekvondo, Güləş, Cüdo və Ağırlıqqaldırma federasiyaları tərəfindən idarə olunub. Çempionata cüdo idman növü üzrə yarışlarla yekun vurulub.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK