https://www.zirve.edu.az/
22.03.2018 07:53
Xüsusi təhsilə cəlb olunan uşaqların valideynlərinin nəzərinə - 22 manat oldu

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

AzEDU APA-ya istinadən xəbər verir ki,  indiyə qədər xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və  reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək  və evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat həcmində müavinət müəyyən edilib.

Dəyişikliyə əsasən bu müavinətlər 22 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.